26 C
Baku
Saturday, July 27, 2024

“Samsung” yeni Galaxy S23 FE smartfonunu təqdim edib

“Samsung” şirkəti “Fan Edition” seriyasından yeni Galaxy S23 FE smartfonunu, Galaxy Tab S9 FE və Galaxy Tab S9 FE+ planşetlərini, həmçinin Galaxy Buds FE simsiz qulaqlıqlarını təqdim edib.

Yeni məhsulların satışı oktyabrda başlayacaq, Samsung Galaxy S23 FE smartfonunun qiyməti 599 dollar, Samsung Galaxy Tab S9 FE və Samsung Tab S9 FE+ planşetləri 450 dollar, Samsung Galaxy Buds FE qulaqlıqları isə 100 dollardan başlayacaq.

5

Galaxy S23 FE 10 MP ön kamera, 50 MP əsas obyektiv, 10 MP ultra geniş bucaqlı obyektiv və 8 MP telefoto obyektivə malikdir. Cihaz 120 Hz-ə qədər yeniləmə tezliyi ilə 6.4 düymlük Full HD+ ekran alıb, korpusu toz və nəmdən qorunmaq üçün IP68 sertifikatına malikdir. Qeyd olunur ki, smartfonun batareya tutumu 4500 mAh-dır.

Planşetlər 6, 8 və ya 12 Gb əməli yaddaş və 128 və ya 256 Gb daxili yaddaşla təchiz olunub. Modellər arasındakı əsas fərq ekranın diaqonalında (Galaxy Tab S9 FE – 10.9 düym, Galaxy Tab S9 FE+ – 12.4 düym) və kameradadır. Planşetlər IP68 sertifikatına malikdir və 45 Vt-a qədər yükləməni dəstəkləyir.

3

Galaxy Buds FE simsiz qulaqlıqları “Samsung”un ən sərfəli qulaqlıqlarıdır. Yeni aksesuar 6 saata qədər enerji doldurmadan işləyə bilir.

4

Son xəbərlər
Digər xəbərlər