16 C
Baku
Monday, May 20, 2024

“Samsung” yeni Galaxy S24-ü təqdim edib

Kaliforniyada Koreya şirkətinin yeni cihazları təqdim etdiyi “Unpacked 2024” tədbiri keçirilib. Bildirilir ki, “Samsung” bir neçə smartfon modeli nümayiş etdirib – S24, S24+ və S24 Ultra. Avropada Galaxy S24 və S24+ müvafiq olaraq $800 və $1000 qiymətinə olacaq, Galaxy S24 Ultra isə alıcılara minimum $1300-ə başa gələcək.

Hər üç model Snapdragon 8 Gen 3 çipinin xüsusi versiyasını, 8 və ya 12 GB operativ yaddaş var, həmçinin 256 GB, 512 GB və ya 1 TB RAM alıb.

download 1

Galaxy S24 və Galaxy S24+ müvafiq olaraq 6.1  və 6.7 düym ölçülü FHD+ və QHD+ AMOLED ekrana malikdir, Galaxy S24 Ultra isə 6.8 düymlük Dynamic AMOLED QHD+ alıb.

Bütün cihazlar sürətli simli enerji doldurmanı dəstəkləyir: S24 modeli – 25 Vt, S24+ və S24 Ultra isə 45 Vt. Galaxy S24 və Galaxy S24+ batareyalarının tutumu müvafiq olaraq 4000 mAh və 4900 mAh-a qədər artıb, Galaxy S24 Ultra isə 5000 mAh batareya alıb. Cihazlarda simsiz enerji doldurma da var.

Yeni cihazlarda əsas diqqət süni intellekt texnologiyasına yönəldilib. “Live Translate” funksiyası real vaxt rejimində telefon zənglərini 13 dildən tərcümə etməyə imkan verir (rus dilini dəstəkləmir).

“Satışın başlama tarixi hələ məlum deyil, bu, cihazların ilk partiyalarının çatdırılma müddətindən asılı olacaq”, – şirkət əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər