“Samsung” şirkəti yeni “Galaxy Tab A8” planşetini təqdim edib.
Banker.az xəbər verir ki, cihazın 10.5 düymlük TFT-displey, 8 nüvəli prosessor, 3 GB və ya 4 GB operativ yaddaş, 32, 64 və ya 128 GB daxili yaddaş ilə təchiz olunduğu bildirilir.
“Galaxy Tab A8” həmçinin 1 TB qədər “microSD”, Wi-Fi 5 və Bluetooth v5.0 dəstəkləyir. Qeyd edək ki, daha bahalı variantlarda 4G/LTE modulu var.
Yeniliyin qiyməti hələki açıqlanmayıb. Vurğulandığı kimi, Avropada cihaz 2021-ci ilin dekabrından, ABŞ-da isə 2022-ci ilin yanvarından sonra satışa çıxarılacaq.