27 C
Baku
Saturday, July 27, 2024

“Samsung” yeni nəsil ağıllı saat və planşetini təqdim edib – Qiymətlər

“Samsung” şirkəti “Galaxy Unpacked” tədbiri çərçivəsində yeni nəsil Galaxy Watch6 və Galaxy Watch6 Classic ağıllı saatları təqdim edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Samsung Galaxy Watch6 iyulun 26-da 280 dollara, Samsung Galaxy Watch6 Classic isə avqustun 11-də 350 dollara satışa çıxacaq.

 

Galaxy Watch6 moeli 40 və 44 mm ölçülü korpusda mövcuddur, Galaxy Watch6 Classic üçün isə 43 və 47 mm-lik variantlar nəzərdə tutulmuşdur. Texniki cəhətdən hər iki model demək olar ki, identikdir. Aksesuarlar “Always On Display” funksiyasını dəstəkləyir və bir yükləmə ilə 30 saatadək işləyir. Qeyd edək ki, saatlar IP68 standartı üzrə qorunub.

Flaqman smartfonlar və ağıllı saatlardan əlavə, “Samsung” yeni nəsil planşetlərini də nümayiş etdirib – Galaxy Tab S9, Galaxy Tab S9+ və Galaxy Tab S9 Ultra. Samsung Galaxy Tab S9 planşetlərinin satışı avqustun 11-də baş tutacaq, əsas versiya üçün qiymət 800 dollardan başlayacaq.

Texniki olaraq cihazlar identikdir və Snapdragon 8 Gen 2 prosessoru, 8/12/16 Gb operativ yaddaş və 128/256/512 Gb daxili yaddaş alıb. Tab S9 modeli 8400 mAh, Tab S9+ – 10 900 mah, Tab S9 Ultra isə 11 200 mAh tutumu batareya ilə təchiz edilib. Bütün planşetlər S Pen stilusunu alıb və Android 13 əməliyyat sistemi üzərində işləyir.

Son xəbərlər
Digər xəbərlər