22 C
Baku
Thursday, September 29, 2022

“Samsung” yeni S22, S22+ və S22 Ultra smartfonlarını təqdim edib

“Samsung” yeni S22, S22+ və S22 Ultra smartfonlarını təqdim edib.

download 3 scaled

Banker.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, baza S22 modeli 24-dən 120 Hz-ə qədər artan dinamik yeniləmə tezliyi ilə AMOLED displey alıb. Keçən ilki versiya ilə müqayisədə cihazın korpusunda ciddi dəyişikliklər baş verməyib.

download 4 scaled

Əvvəlki nəsillə müqayisədə batareya tutumu 4000 mAh-dan 3700 mAh-a endirilib. Cihaz IPX8 standartına uyğun suya qarşı qorunub – smartfonu 30 dəqiqə ərzində 1.5 metr dərinliyə qədər şirin suda saxlamaq mümkündür.

download 5

S22 dörd kamera ilə təchiz olunub: 12 MP f2.2, 50 MP f1.8, 10 MP f2.4, 10 MP f2.2. Vurğulanır ki, yeni nəsil smartfonlar zəif işıqlandırma şəraitində daha parlaq və aydın təsvirlər yaradır.

download 6 scaled

S22+ modeli 4500 mAh (S21+ modelində bu 4800 mAh idi) tutumlu akkumulyator və 128 GB daxili yaddaş alıb.

download 7 scaled

S22 Ultra modeli daha böyük ekran – 6.8 düym – ilə seçilir. Model 500 mAh tutumlu batareya və fərqli növ kamera (108 Mp f1.8, 10 MP f1.8 və 10 MP f2.4) alıb.

download 8 1 scaled

Son xəbərlər
Oxşar xəbərlər