“Samsung” yeni nəsil “Galaxy” smartfonları ilə yanaşı, yenilənmiş Tab S8, S8+ və S8 Ultra planşetlərini də təqdim edib.
Banker.az xəbər verir ki, baza sayılan S8 modeli 11 düymlük LCD ekran, 13 və 6 MP-lik iki əsas kamera və 12 MP-lik ultrageniş ön kamera ilə təchiz olunub. Cihazın batareyasının tutumu 8000 mAh təşkil edir.
Tab S8+ modeli digərlərindən daha böyük 12.4 düymlük AMOLED ekranı və 10 090 mAh batareyası ilə fərqlənir. Hər iki planşet üç rəngdə təqdim olunub.
Tab S8 Ultra modelinin diaqonalı 14.6 düymur. Planşetin iki 12 MP-lik ön kamerası var – geniş bucaqlı və ultrageniş bucaqlı. Cihaz 128 GB daxili yaddaş alıb.
Şirkətdən verilən məlumata görə, yeni smartfon və planşet modellərinin 2022-ci ilin 11 mart tarixində satışa çıxarılması planlaşdırılır.