31 C
Baku
Monday, June 17, 2024

“Samsung”dan xəbərdarlıq: “Note 7”ləri söndürün!

“Samsung Electronics” bütün müştərilərinə müraciət edərək “Galaxy Note 7” smartfonlarını söndürməyə çağırıb.

“Reuters”ə istinadən məlumata görə, “Samsung” dünya üzrə bütün tərəfdaşlarını “Galaxy Note 7”lərin satışını və dəyişdirilməsini dayandırmağı xahiş edib. ABŞ-da bu smartfonları əldə etmiş bütün alıcılara telefonu söndürmək və bir daha istifadə etməmək tövsiyə olunub. ABŞ-ın istehlakçıların hüquqlarını müdafiə üzrə Komissiyası bu qərarın düzgün olduğunu bildirib.

Qeyd edək ki, “Samsung” oktyabrın 10-da “Galaxy Note 7” smartfonlarının istehsalını müvəqqəti dayandırıb. Bu qərar yeni smartfonun Çin vətəndaşının əlində partlamasından sonra qəbul edilib.

Lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər