9 C
Baku
Thursday, December 12, 2024

“Samsung”un 6500-dən çox işçisi üç günlük tətilə çıxıb

“Samsung Elektronics”in həmkarlar ittifaqı (NSEU) 6500-dən çox əməkdaşı üç gün davam edəcək “tam miqyaslı” tətilə çıxıb. “Reuters” yazır ki, həmkarlar ittifaqı əmək haqqının artırılması, əlavə məzuniyyət günü və bonus sistemində dəyişiklik edilməsini tələb edir.

Qəzet qeyd edir ki, NSEU üzvlərinin yalnız 20%-i tətildə iştirak etdiyinə görə, bu aksiya Cənubi Koreyanın digər iri şirkətlərindəki tətillərdən daha “zəifdir”. NSEU-nun 30 minə yaxın üzvü (şirkətin ölkədəki 124 min işçisinin 24%-i) var.

NSEU tətil nəticəsində “Samsung”un çip istehsal edən zavodunun fəaliyyətini dayandıracağını gözləyir. “Samsung Electronics”in tarixində ilk tətil 2024-cü il iyunun əvvəlində baş verib. “Bloomberg” yazır ki, ittifaq üzvləri kütləvi şəkildə bir günlük ödənişli məzuniyyət götürsələr də, heç bir nəticəyə nail ola bilməyiblər.

Son xəbərlər
Digər xəbərlər