25 C
Baku
Saturday, July 13, 2024

“Samsung”un bazar payı azalır, Çin markaları önə keçmək istəyir

Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı yanvar ayında 44.65 % təşkil edib.

Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə  Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 0.83% azalıb.

Bu dövrdə  “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı isə 31.41 % təşkil edib ki, ötən ilin dekabr ayı ilə müqayisədə bu göstərici 0.49% çoxdur.

Üçüncü yerdə isə  bazar payı 14.77 % olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb ki,  bu şirkətin Azərbaycan üzrə bazar payı yanvar ayı ərzində 0.76% artıb.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü belədir:

Huawei 5.24 %

LG 0.57 %

Lenovo 0.5 %
Son xəbərlər
Digər xəbərlər