Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı yanvar ayında 44.65 % təşkil edib.
Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 0.83% azalıb.
Bu dövrdə “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı isə 31.41 % təşkil edib ki, ötən ilin dekabr ayı ilə müqayisədə bu göstərici 0.49% çoxdur.
Üçüncü yerdə isə bazar payı 14.77 % olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb ki, bu şirkətin Azərbaycan üzrə bazar payı yanvar ayı ərzində 0.76% artıb.
Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü belədir:
Huawei | 5.24 % |
---|---|
LG | 0.57 % |
Lenovo | 0.5 % |