18 C
Baku
Friday, November 22, 2024

“Samsung”un mənfəəti 96% azalıb

Cənubi Koreyanın “Samsung” korporasiyası ikinci rüb üçün ilkin maliyyə məlumatlarını dərc edib. Şirkət əməliyyat mənfəətinin 96% azalaraq 600 milyard vona (460 milyon dollar) düşdüyünü bildirib. Bu, 2009-cu ildən bəri ən aşağı rüblük mənfəətdir. “Samsung”un rüblük gəliri 17.4% azalaraq 63.75 trilyon von (48.8 milyard dollar) təşkil edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Mənfəətin belə kəskin azalması ilk növbədə yaddaş çiplərinə tələbatın azalması ilə bağlıdır. Pandemiya zamanı, fərdi kompüterlərə və digər avadanlıqlara tələbat artdıqda, istehsalçılar çip ehtiyatları yaratmağa başladılar. İndi isə bu ehtiyatlar daha böyük problemə çevrilib, çiplərə tələbatın və onların qiymətlərinin azalmasına səbəb olub. Hələ aprel ayında “Samsung” yaddaş çiplərinin istehsalını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırdığını açıqlamışdı.

Bununla belə, analitiklərin fikrincə, orta və uzunmüddətli perspektivdə vəziyyət daha çox “Samsung”un xeyrinədir. “Hyundai Motor Securities”in tədqiqat direktoru Greg Roh-un sözlərinə görə, yaddaş çiplərinin qiymətləri dördüncü rübdə bərpa olacaq və 2024-cü ilin ikinci yarısından etibarən ikirəqəmli artım gözlənilir.

Son xəbərlər
Digər xəbərlər