13 C
Baku
Friday, November 22, 2024

“Samsung” şirkətinin rüblük gəliri rekord həddə çatıb

İkinci rübdə Cənubi Koreyanın elektronika və məişət texnikası istehsalçısı “Samsung Electronics”in gəliri 21% artaraq 77.2 trilyon von (59.1 milyard dollar) təşkil edib. Bu, ikinci rüb üçün rekord göstəricidir. Şirkətin əməliyyat mənfəəti 12% artaraq 14.1 trilyon vona (10.8 milyard dollar) çatıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Əvvəlki rüblərdə olduğu kimi, yarımkeçiricilərə böyük tələbat yaxşı nəticələrə səbəb olub, bölmənin gəliri 28.5 trilyon von (21.8 milyard dollar) olmaqla yeni rekord müəyyənləşdirib.

“Samsung”un mobil bölməsinin gəliri rübdə qabaqcıl smartfonların güclü satışları hesabına 31% artıb, lakin komponentlərin qiymətlərinin artması nəticəsində əməliyyat gəlirləri azalıb.

Son xəbərlər
Digər xəbərlər