21 C
Baku
Friday, July 1, 2022

“Samsung”un vitse-prezidenti həbsdən çıxıb

Cənubi Koreyalı milyarder, “Samsung Electronics”in vitse-prezidenti və “Samsung Group”un faktiki rəhbəri 13 avqustda azadlığa buraxılıb. Qeyd edək ki, Lee Jae Young Qurtuluş Günü münasibətilə amnistiyaya layiq görülən 810 məhbusdan biridir. O, 18 ay həbsdə olunub.

Banker.az bu barədə Xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, məhkəmə “Samsung Group”un rəhbərini 2017-ci ilin fevralında həbs edib. Prokurorluğun məlumatına görə, Lee Jae Young 2015-ci ildə Cənubi Koreyanın keçmiş prezidentinin dostuna rüşvət olaraq 43.3 milyard von (təxminən 38 milyon dollar) verməkdə günahlandırılıb.

2017-ci ilin avqustunda Lee Jae Young rüşvət verməkdə günahkar bilinərək 5 il həbs cəzasına məhkum edilib. 2019-cu ildə bu işə yenidən baxılıb və 2021-ci ilin yanvarında Lee Jae Young 2.5 illik həbs edilib.

Bu, “Samsung” rəhbərinin ikinci həbs müddətidir: bundan əvvəl o, 1 il həbsdə olub. Hal-hazırda milyarderin sərvəti 12.4 milyard dollar təşkil edir.

İş adamının əfv edilməsi, “Bloomberg”in vurğuladığı kimi, 2022-ci ilin fevralında keçiriləcək prezident seçkiləri ərəfəsində Cənubi Koreyanın siyasi dünyasında baş verən dəyişikliklərdən xəbər verir.

Son xəbərlər
Oxşar xəbərlər