9 C
Baku
Friday, December 13, 2024

“Samsung”un vitse-prezidentinə həbs cəzası verilib

Seul məhkəməsi “Samsung Electronics”in vitse-prezidenti və “Samsung Group”un faktiki rəhbəri Li Jae Yona rüşvət ittihamı ilə 2 il 6 ay həbs cəzası verib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, 2017-ci ildə  Li Jae Yon 5 il həbs cəzasına məhkum edilmişdir. İttihamlara görə, o, 6 milyon dollardan çox məbləğdə rüşvət verib. Bundan əlavə, Li Jae Yon “Samsung C&T” və “Cheil Industries” ilə birləşmək üçün məmurlara 38 milyon dollar təklif etmişdir. Lakin, bir il sonra bu hökm şərti cəza ilə əvəz edilib və Li Jae Yon sərbəst buraxılıb.

2019-cu ildə məhkəmə Lee Jae Yonun işinə yenidən baxılması üçün qərar verib. Mövcud məhkəmə qərarı Linin yenidən həbs edilməsini nəzərdə tutur. İddiaya görə, qalmaqal Cənubi Koreyanın keçmiş prezidenti ilə əlaqəli olub.

Qeyd edək ki, Lee Jae Yonun təxminən 10 trilyon von (8.87 milyard dollar) vergi borcu var.

Son xəbərlər
Digər xəbərlər