12 C
Baku
Sunday, October 27, 2024

“Samur” – “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiqlənib

Azərbaycanla Rusiya arasında “Samur” – “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydaları təsdiq edilib.

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər