9 C
Baku
Thursday, December 12, 2024

San-Marino Azərbaycanda yeni fəxri konsul təyin edib

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə bu gün San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

“Görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib”, – deyə məlumatda bildirilir.

Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Pərvin Mirzəzadə fəxri konsul Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzulayıb.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər