8 C
Baku
Wednesday, February 18, 2026

Sanae Takaiti yenidən Yaponiyanın Baş naziri vəzifəsinə seçilib

Yaponiya parlamentinin yuxarı palatası Sanae Takaitini ölkənin 105-ci Baş naziri vəzifəsinə yenidən seçib. Bu barədə NHK telekanalı məlumat yayıb. Səsvermə iki turda keçirilib, çünki birinci turda xanım Takaiti qələbə üçün tələb olunan səslərin yarısını toplamaqdan bir səs geri qalıb. İkinci turda onun lehinə 125 deputat, rəqibi Cunya Oqavanın lehinə isə 65 deputat səs verib.

Bu gün Nazirlər Kabinetinin tərkibi açıqlanacaq və gözlənilir ki, hökumətdə dəyişiklik olmayacaq.

Sanae Takaiti 21 oktyabr 2025-ci ildə Baş nazir vəzifəsinə başlayıb və Yaponiya tarixində bu posta təyin olunan ilk qadın olub. Növbədənkənar seçkilər əvvəlki baş nazir Şigeru İşibanın istefasından sonra təyin edilmişdi. Yanvarda xanım Takaiti parlamentin aşağı palatasını buraxaraq erkən seçkilər elan etmişdi. Fevralda onun rəhbərlik etdiyi Yaponiya Liberal Demokrat Partiyası parlamentdə 465 yerdən rekord sayda — 316 mandat qazanıb.

Son xəbərlər
Digər xəbərlər