Aqrar Sığorta Fondu “Sankorp” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Aqrar Sığorta Fondunun institusional fəaliyətinin təmin olunması üçün xarici və yerli ekspertlərin cəlb olunması, müstəqil ekspertlərin hazırlanması üçün təlim xidmətləri və təlim materiallarının hazırlanması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 348 min 675 manatdır.
Bildirək ki, “Sankorp” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 50 manatdır və qanuni təmsilçisi Nurşən Rəhimovdur.