14 C
Baku
Saturday, November 23, 2024

Sanksiyalar Rusiyadakı şirkətlərin 86,8%-nə təsir edib

Rusiyaya qarşı qüvvədə olan sanksiyalar ölkədəki şirkətlərin 86,8%-nə təsir edib.

Bu barədə biznesin cari vəziyyəti ilə bağlı monitorinqin nəticələrində deyilir.

Hesabatda bildirilir ki, tətbiq edilən sanksiyalardan təsirlənən şirkətlərin 77,4%-i onlara uyğunlaşa bilib və ya bunu edə biləcəyini düşünür.

Lakin 11,7%-i bunu edə bilməyib və biznesi tamamilə və ya qismən dayandırıb. Bununla yanaşı, respondentlərin 67,1%-i iqtisadi tənəzzülün təsirini hiss etdiyini bildirib.

Sorğuda iştirak edən sahibkarların yalnız 10,4%-i bizneslərinin hələ də sabit olduğunu və inkişaf etdiyini bildirib.

Biznesə təsir edən problemlər arasında respondentlərin 62,2%-i tələbatın azalmasını, bunun ardınca dövriyyə kapitalının çatışmazlığı və nağd pul çatışmazlığı, təchizat zəncirinin pozulması və idxalın çatdırılmasında çətinliklər olduğunu qeyd edib.

50%-dən çoxu hesab edir ki, Rusiya hökuməti sanksiya şərtləri altında biznesi saxlamaq üçün kifayət qədər iş görmür, 35%-i hakimiyyətin hərəkətlərini “sakit və effektiv” hesab edir.

“Böhran bizimlədir və o inkişaf edir. Monitorinq açıq şəkildə göstərir ki, biznesin əksəriyyəti hökumətin dəyişikliklərə hazırkı reaksiyasını qeyri-kafi qəbul edir. Problemləri ancaq köklü islahatlarla, inkişaf modelinin özünü dəyişdirməklə aradan qaldırmaq olar”, – deyə Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli Boris Titov vurğulayıb.

Xatırladaq ki, Rusiyanın iqtisadi artımı birinci rübdə gözləniləndən çox – iqtisadçıların orta hesabla 3,7% proqnozuna baxmayaraq, 3,5%-ə qədər yavaşlayıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər