12 C
Baku
Monday, November 25, 2024

Sanksiyalara görə 10 Rusiya təyyarəsi Almaniya aerodromlarından buraxılmır

Avropa İttifaqının Rusiya təyyarələri üçün hava məkanını bağlamasından beş aydan çox vaxt keçsə də, Rusiyaya məxsus on təyyarə hələ də Almaniya aerodromlarındadır.

Bu barədə Almaniya Federal Nəqliyyat Nazirliyi məlumat verib.

Qeyd olunub ki, sanksiyalara görə təyyarələr havaya qalxma və uçuş qadağasına məruz qaldığı üçün sahibi tərəfindən istifadə oluna və başqa yerə daşına bilməz.

Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda Leypsiqdə Rusiyanın üç, Kölndə iki, Baden-Badendə dörd və Frankfurt-Maynda bir təyyarəsi var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər