28 C
Baku
Saturday, July 27, 2024

Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu keçirilir

Rusiyanın şimal paytaxtında XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu öz işinə başlayıb.

Pandemiya səbəbindən ötən il keçirilməsi təxirə salınan dünyanın aparıcı tədbirlərindən sayılan forum bir illik fasilədən sonra biznes dairələrinin təması üçün yenidən start götürüb.

“Yenidən birlikdə. Yeni reallığın iqtisadiyyatı” devizi altında keçirilən Sankt-Peterbuq Beynəlxalq İqtisadiyyat Forumu pandemiya dövründə “oflayn” formatda keçirilən ilk nəhəng beynəlxalq tədbirdir.

Forum koronavirus infeksiyasına görə bir sıra məhdudiyyətlərlə keçirilir. Budəfəki tədbirə 5000 min nəfərdən çox olmayan iştirakçı sayı və bütün forum iştirakçılarının məcburi koronavirus testindən keçməsi kimi məhdudiyyətlər tətbiq olunub. Belə ki, Ekspo Mərkəzində keçirilən forumda iştirak üçün təkcə akkreditasiya kömək etmir. Tədbirdə iştirak etməkdən ötrü azı bir gün əvvəldən PCR testi vermək lazımdır. Test verməyən və ya testi pozitiv çıxan iştirakçının tədbirdə iştirak etməsi mümkün deyil. Forum çərçivəsində 130-dan çox ekspert müzakirələrinin keçirilməsi planlaşdırılır. Forumun böyük plenar iclası isə iyunun 4-də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə baş tutacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər