Sankt-Peterburqda MDB-yə üzv ölkələrin liderlərinin görüşü gözlənilir

Rusiya Prezidenti Vladimir Putin Yeni ildən əvvəl ənənəvi olaraq Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünü keçirəcək.

TASS-ın məlumatına görə, Rusiya Prezidenti bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Kremldə danışıqlar zamanı bildirib.

Putin deyib: “Biz Sankt-Peterburqda MDB və Avrasiya İqtisadi Şurası ölkələri liderləri ilə ənənəvi Yeni il öncəsi görüşəcəyik”.

Xatırladaq ki, Tokayev dünəndən bəri Rusiyada ikigünlük dövlət səfərindədir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər