Şanslı insanın 4 sirri kəşf edilmişdir!

Siz heç vaxt düşünməmisiniz ki, niyə çoxlu sayda yaxşı əməkdaşlar illərlə işlərində yüksəlmədən qalırlar? Bunu anlamaq çox sadədir: uğurlu karyera üçün ancaq peşəkar olmaq azdır – kifayət qədər təvazökar olmamaq lazımdır. 

  Şanssız insanlarla əlaqəni kəsin 

Öz ünsiyyət dairənizə diqqət yetirin. Əgər siz daim həyatın ədalətsizliyindən, həmkarlarından  və rəhbərlidən şikayətlənməyə öyrəşmiş ofis planktonu əhatəsində çalışırsınızsa, sizin ərtafınız özünüzə verdiyiniz qiymətə və müvafiq olaraq sizin karyera nailiyyətlərinizə neqativ təsir göstərə bilər.    Bəlkə də bu ədəbsiz səslənir, lakin müvəffəqiyyətsizlərlə ünsiyyətdən imtina etmək lazımdır, əks halda bu, sizi də gec və ya tez  bataqlığa çəkəcək.

Şanslı insanlarla ünsiyyətdə olduqda və yeni kontaktlar əldə edərək, siz onların müsbət təcrübələrini qötürə bilərsiniz. Yeni insanlarla tanışlıq sizə özünüzü azad hiss etmək və komplekslərinizə üstün gəlməyə kömək edə bilər.

Bundan başqa, “yox” deməyi öyrənin. Rədd etməyi bacarmamaq qüsurdur, yaxşı hal deyil. Özünüzə və öz vaxtınıza hörmət edərək, siz başqalarına sizə hörmət etməyi öyrədirsiniz, bu isə karyera üçün vacibdir.

Hər gün qalib gəlin 

Özünə inam əldə etmək üçün qələbələr və nəticələr lazımdır. Kiçik qələbələr nə qədər çox olsa, o qədər yaxşıdır. Əgər sizin işiniz gündəlik nəticəyə yönələməyibsə, bu halda sizin yolunuz idman zalından keçməlidir. İdmanla və fitneslə məşqul olmaq sizə öz üzərinizdə qələbə çalmaq hissi verə bilər və eləcə də bu, gələcəkdə peşə sahənizdə ciddi qələbələrin rəhni olacaq.

Təqdim etməyi öyrənin

Nəticə əldə etmək azdır – nəticənəzi diqqətsiz rəhbərinizə göstərmək, onun mühümlüyünü sübut etmək lazımdır.

Öz təqdimetmə bacarığınızı dərk etmək üçün, kiçik bir eksperiment etməyə çalışın.

“HR-ekspert” proyektinin rəhbəri Andrey Sidelnikov məsləhət görür ki, – “Hər şeyi bildiklərini və bacardıqlarını təsdiq edən skeptiklər üçün – sadə çalışma: bir ay gördüyünüz işin nəticələrinin təqdimatını kamera qarşısında edin , sonra isə öz təqdim etmə bacarığınıza obyektiv baxın. Ekranda olan insanı irəli çəkərdiz?  Hətta cuzi şübhə varsa sizə təqdim etmə və natiqlik qabiliyyəti kurslarına baş çəkmək lazımdır”.

Əlbəttə,  siz sərbəst də öyrənə bilərsiniz. Bu mövzu üzrə kifayət qədər ədəbiyyat var. Lakin təcrübəni unutmayın. Natiqlik bacarığınızı isə doslarınız və tanışlarınız arasında təkmilləşdirə bilərsiniz.

İşarə edin 

Əgər siz rəhbərin yanına gəlib, özünüz barədə açıq bildirməyi  düzgün hesab etmirsinizsə, bunu dolayı yolla etmək olar.

Əgər sizin vəzifədə yüksəlmək iddianız varsa, bu halda siz başa düşməlisiniz ki, idarəetməni öyrənmək lazımdır. Bu halda, lider keyfiyyətləri olmadıqda rəhbərlik etmək çox çətindir: təvazökarlıqdan siz ancaq öz işinizi yox, öz tabeçiliyinizdə olanların vəzifə borclarının yarısını özünüz edəcəksiniz. Bununla belə, sizin idarəetmə üzrə kurslara getməyiniz gizli məna daşıyacaq: bu sizin rəhbərə açıq işarə olacaq. Andrey Sidelnikov şərh edir ki, “Sizin bu təlimi keçməyiniz faktı artıq rəhbərliyə siqnaldır: “O, daha ciddi işlər üçün artıq yetişib!”

Öz rəhbərinizlə şirkətdə yüksəlmək barəsində tez-tez söhbət edin, hətta konkret öz şəxsiyyətinizə aid etmədən, onun diqqətinə çatdırın ki, sizin yüksək səviyyədə həll edə biləcəyiniz yüksək səmərəli məsələlər var. Bu öz nəticəsini verər və siz layihəni8 reallaşdırmaq imkanı əldə edərsiniz. Sonra isə təcrübənizə arxalanaraq növbəti layihəyə əl ata bilərsiniz və burada sizə köməkçilər lazım olacaq.

Mənbə: http://www/trud.ru/article/05-03-2010/237575_kak_stat_neskromnym_i_zachem_eto_nado.html


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.