37 C
Baku
Monday, July 14, 2025

Şanxay tənzimləyicisi steyblkoin və rəqəmsal valyutalar üzrə strategiyanı müzakirə edib

Şanxay Dövlət Aktivlərinin İdarə Edilməsi Komissiyası yerli rəsmilərlə rəqəmsal valyutalar və steyblkoinlər münasibətdə mümkün siyasətlər barədə iclas keçirib. Bu barədə tənzimləyicinin “WeChat”dakı postuna istinadən “Reuters” məlumat yayıb.

60-70 nəfərin iştirak etdiyi iclasda komissiyanın rəhbəri He Sin “yeni texnologiyalara daha çox diqqət yetirmək və rəqəmsal valyutalar sahəsində araşdırmaları gücləndirmək” lazım olduğunu bildirib. Ekspert məruzəçi rəqəmsal aktivlərin tarixi, təsnifatı və beynəlxalq tənzimlənməsi ilə bağlı ümumi məlumat, daxili siyasətlə bağlı tövsiyələr verib.

Çin Xalq Bankı rəqəmsal aktivlərlə bağlı sərt mövqe tutur. İyun ayında tənzimləyicinin rəhbəri Pan Qunşen steyblkoinlərin və kriptovalyutaların yüksəlişinin maliyyə nəzarəti sistemi üçün ciddi problemlər yaratdığını söyləyib. 2021-ci ildən bəri materik Çində kriptovalyuta ticarəti və mədənçilik qadağan edilib.

“Ant Group” və “JDcom” da daxil olmaqla böyük Çin şirkətləri əvvəllər Mərkəzi Bankı yuanla sabitlənmiş steyblkoinlərin emissiyasını təsdiqləməyə çağırıblar. Avqustun 1-dən onlar steyblkoinləri tənzimləyən qanunun qüvvəyə mindiyi Honq-Konqda lisenziya almağı planlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər