Koronavirusa yoluxma hallarının artmasına görə karantin tədbirlərinin tətbiq edildiyi Çinin 26 milyon əhalisi olan Şanxay şəhərində karantin başa çatıb.
2 aylıq karantindən sonra həyatın normallaşdığı Şanxayda insanlar işə getmək üçün yola düşüb, küçələrdə izdiham görünüb. Digər tərəfdən, həyat tam olaraq pandemiyadan öncəki normal vəziyyətə qayıtmayıb.
Banker.az xarici mətbuata istinadən xəbər verir ki, restoranlarda ancaq paket xidməti göstərilir, mağazalar 75% tutumla işləyir. İctimai nəqliyyatdan istifadə etmək üçün mənfi test nəticəsi tələb olunduğundan uzun növbələr yaranır.