Şanxayın ən böyük avtobus şirkəti hesab edilən “Shanghai Jiushi” öz marşrut xətlərində xüsusi texnologiya üzrə emal edilmiş qida yağından əldə olunan biodizel yanacağı ilə işləyən avtobuslar istifadəyə verib.
Mayın 7-dən etibarən ənənəvi solyar yağı ilə müqayisədə daha ekoloji yanacaq hesab edilən biodizel yanacağı ilə işləyən 2 mindən çox avtobus Şanxayda marşrut xətlərinə çıxıblar.
Sözügedən avtobuslarda istifadə edilən B5 yanacağının 5%-i bitki yağının emalı nəticəsində əldə edilmiş biodizel, 95%-i isə adi dizel yanacağından ibarətdir. Emal üçün xammal kimi kanalizasiya borularına düşən yağ da istifadə edilə bilər.
Şanxayda hər il istehsal edilən 30 minədək ton emal edilmiş qida yağından təxminən 600 min ton B5 biodizel yanacağı emal etmək olar. Biodizel yanacağından istifadə edilməsinin zərərli maddələrin tullantılarını 10% azaltması sübut olunub.
©ICTnews