Çinin Şanxay şəhərində qızılı əridən, onun çəkisini 3 dəqiqəyə təyin edən, sonra isə hesaba pul köçürən qızıl bankomatlar quraşdırıb. Bütün proses təxminən 30 dəqiqə çəkir.
“The Economic Times” yazır ki, bankomat qızıl qiymətlərinin artması fonunda “Kinghood Group” zərgərlik şirkəti tərəfindən hazırlanıb. Bu cür bankomatlar Çinin 100 şəhərində quraşdırılıb.
Qeyd edək ki, Çində qızıl ənənəvi olaraq rifah ilə əlaqələndirilir və tez-tez toylarda, ad günlərində və bayramlarda hədiyyə olaraq verilir. Qızılın qiyməti artmaqda davam etdikcə, bu cihazların daha da populyarlaşacağı və müştərilərə qızıllarını nağdlaşdırmağın rahat və əngəlsiz üsulunu təklif edəcəyi ehtimal edilir.