21 C
Baku
Friday, September 20, 2024

“Sara İnvest Holdinq”in şirkətinin rəhbərliyi yenidən dəyişdirilib

“Sara İnvest Holdinq”in tərəvəz məhsulları istehsal edən aqrar şirkətlərindən biri “Agro-Land-Az” QSC və ya Agroland-ın rəhbəri son 5 ayda növbəti dəfə dəyişib.

Banker.az xəbər verir ki, Ülvi Babayev Məmmədəli oğlu şirkətin İdarə Heyətinin sədri təyin edilib. Ü.Babayev bundan öncə “Binə Aqro”da İdarə Heyətinin sədr müavini idi.

Bu vəzifədə o, 2023-cü ilin iyulunda təyin edilən Tahir İskəndərov Firuz oğlunu əvəz edib.

Qeyd edək ki, “Agro-Land-Az” QSC və ya “Agroland” 2017-ci ildə yaradılıb, “Sara İnvest Holdinq”in aqrar sahədə fəaliyət göstərən şirkətidir. Şirkət əsasən istixana şəraitində tərəvəz məhsulları yetişdirməklə məşğuldur.

“Sara İnvest Holdinq” kənd təsərrüfatı, qida və qeyri-qida sənayesi, logistika, telekommunikasiya, tibb və digər xidmət sahələrində fəaliyyət göstərir. Onun digər istixana biznesi “Binə Aqro”dur.

 

Son xəbərlər
Digər xəbərlər