12 C
Baku
Monday, November 18, 2024

“Sara Lizinq” gömrük qaydalarını pozub

“Sara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə – fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər