18 C
Baku
Thursday, October 2, 2025

Saray qəsəbəsində sosial mənzillərin tikintisi 106 milyon manata başa gələcək

“MİDA” MMC ümumi məbləği 105 840 881 manat olan 3 tender elan edib.

Banker.az xəbər verir ki, 1-ci tenderdə Abşeron rayonu,Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının,14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binaları tikintisi nəzərdə tutulur. Ehtimal olunan qiymət isə 36 311 571 manatdır.

2-ci tender Abşeron, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 8 və 9 nöm-li 16 mərtəbəli, 10,11 və 12 nöm-li 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nöm-li 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisindən ibarətdir. Ehtimal olunan qiymət 42 179 408 manat təşkil edir.

Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin isə 27 349 902 manat olması ehtimal edilir.

Son xəbərlər
Digər xəbərlər