Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Saray qəsəbəsində 4.5 hektar ərazidə inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün infrastruktur işlərinin satın alınması məqsədilə tender elan edib.
Banker.az xəbər verir ki, müsabiqə çərçivəsində ərazinin şaquli planlaşdırılması, yolların və səkilərin salınması, abadlaşdırma, yaşıllaşdırma, həmçinin su-kanalizasiya təminatı işləri həyata keçiriləcək.
“MİDA” MMC tərəfindən elan olunan bu işlərin ehtimal olunan qiymətini isə 6 032 263 manat olaraq müəyyən edilib.







