7 C
Baku
Tuesday, December 3, 2024

Saraylar, brilliantlar və atlar: II Elizabetin aktivləri üzrə bələdçi

II Elizabet sağ olanda nə qədər qazanıb, niyə monarx heç vaxt “Forbes” siyahısına daxil olmayıb və Bukenhem sarayının dəyəri nə qədərdir?

“Ağızda qızıl qaşıqla doğuldu” ifadəsi Arçi Harrison Mauntbetten-Vindzor haqqındadır, çünki şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın övladının ulu nənəsi Böyük Britaniya kraliçası II Elizabetdir. O, sentyabrın 8-də dünyasını dəyişib, bununla belə, dünyanın ən güclü monarxının sərvəti nə qədərdir?

1953-cü ildə Böyük Britaniya krallığına rəhbərlik edən II Elizabet bir neçə saraya sahib olsa da, “Cartier” zərgərlik əşyalarını taxsa da, heç vaxt dollar milyarderi olmayıb. 2019-cu ildəki məlumata görə, monarxın sərvəti 500 milyon dollara yaxın olub. Bununla belə, istənilən milyarder II Elizabetin həyat tərzinə həsəd aparardı.

756076882891357

Kraliça Şotlandiyadakı Balmoral qalası və İngiltərənin şərqindəki Norfolkdakı Sandringham sarayı kimi bir neçə mülkə birbaşa sahib idi. Kral ailəsinin, o cümlədən Bukinhem sarayının ən qiymətli aktivləri Tac Mülkiyyəti adlı xüsusi qurum tərəfindən idarə olunur. O, nə kraliçanın, nə də Britaniyan hökumətinin nəzarəti altında deyil.

Əgər II Elizabet Tac Mülkiyyətinə, eləcə də Lankaster Hersoqluğuna sahib olsaydı, o, 25 milyard dollardan çox sərvətlə ölkənin ən varlı adamı və dünyanın üçüncü ən varlı qadını olacaqdı.

Elizabetin böyük oğlu şahzadə Çarlz sərvətinin dəyərinə görə anası ilə rəqabət apara bilməz. Uels şahzadəsi Kornuol hersoqluğundan illik gəlir əldə edir. O, 53.000 hektar torpaq sahəsi və dəyəri 450 milyon dollardan çox olan daşınmaz əmlak fondu tərəfindən idarə olunur.

756076951771773

Bütün dünyanın kral ailəsinə heyran olmasına baxmayaraq, Britaniyada II Elizabetin və onun övladlarının xərclərinin vergi ödəyicilərinin üzərinə ağır yük olduğunu düşünən skeptiklər var. “Brand Finance”in idarəedici direktoru Riçard Heyq deyir ki, bu tənqidlər yersizdir: “Keçən il biz belə nəticəyə gəldik ki, şahzadə Harri və Meqan Marklın Vindzor qəsrindəki toyu İngiltərə iqtisadiyyatına təxminən 1.5 milyard dollar qazandırıb”.

Kral ailəsi rəqəmlərdə

Daşınmaz əmlak

  • $4.7 milyard – bu, “Luxent” şirkətinin analitiklərinin hesablamalarına görə, Bukenhem sarayının dəyəridir.
  • $600 milyon – bu, kraliça Viktoriyanın uşaqlığını keçirdiyi Kensinqton sarayının dəyəridir. O, üç əsr ərzində kral ailəsinin gənc üzvlərinin iqamətgahı olmuşdur.
  • $18.7 milyard – bu, Tac Mülkiyyətinin daşınmaz əmlak portfelinin dəyəridir. Texniki olaraq bu portfel kraliçaya məxsus olsa da, onun bu mülkiyyəti satmaq hüququ olmayıb.
  • $1.3 milyard – bu, Kornuol hersoqluğunun aktivlərinin dəyəridir. Bu portfelə Silli adaları, Londondakı kommersiya obyektləri və Uelsdəki Luynevermude daxildir.
  • $740 milyon – bu, Lankaster hersoqluğunun aktivlərinin dəyəridir. Portfelə İngiltərə və Uelsdəki 18 min hektar torpaq sahəsi, o cümlədən 1512-ci ildə tikilmiş Savoy sarayının kral kapellası, əhəngdaşı və qum çuxurları daxildir.

756076856882137

Biznes və filantropiya

  • $428.2 milyon – bu, Kraliçaya deyil, Böyük Britaniya Xəzinədarlığına köçürülən Tac Mülkiyyətinin 2018-ci ildəki mənfəətidir.
  • $146.5 milyon – bu, şahzadə Çarlzın xeyriyyə fondlarına məxsus aktivlərdir.
  • $46.7 milyon – şahzadə Çarlz Fondunun 2018-ci ildə xeyriyyəçilik üçün xərclədiyi məbləğdir.
  • $31.5 milyon – bu, şahzadə Diananın malikanəsinin dəyəridir. Vəsiyyətnaməyə əsasən, aktivlərin böyük hissəsi mərhumun oğulları, şahzadələr Uilyam və Harriyə çatıb.
  • 1762 – bu, Tac Mülkiyyətinin suüstü külək turbinlərinin sayıdır.

756076865631266

Həyat tərzi

  • 200 milyard – bu, kraliça II Elizabetin təsviri ilə istehsal olunan poçt markalarının sayıdır. 1967-ci ilin rəsmi tarixin ən çox təkrarlanan sənət əsəri hesab olunur.
  • $17.627 milyon – bu, 2006-cı ildə “Christie’s” auksionundakı II Elizabetin bacısı şahzadə Marqaretin kolleksiyasından zinət əşyalarının dəyəridir. Lotlara həmçinin kraliça Viktoriyanın xəzinədarının həyat yoldaşı ledi Poltimor üçün yaradılmış “Poltimor” diademi də daxil idi. O, 1.7 milyon dollara satılmışdı.
  • $2 423 milyon – bu, 1993-cü ildə “Mavi Mavriki” markasının satıldığı məblədir. Onun eynisi kral ailəsinin filateliya kolleksiyasında saxlanılır. Bu kolleksiya əfsanəvidir – heç kim onun dəyərini ölçməyə belə cəhd etmir.
  • $1 039 – bu, Kraliçaya məxsus olan və 2018-ci ilin sentyabrında “Bonhams” tərəfindən satılan 1955-ci il istehsalı “Rolls-Royce Phantom IV” avtomobilinin hərrac qiymətidir. Bir il əvvəl Kraliçanın sifarişi ilə istehsal olunmuş 2001-ci ilin “Daimler Super V-8” 55 575 dollara, 2016-cı ilin noyabrında isə şahzadə Diananın sevimli avtomobili olan 1994-cü ilin “Audi Cabriolet” 59 500 dollara satılıb.
  • $222 500 dollar – bu, 1997-ci ildə şahzadə Diananın Ronald Reyqanın Ağ evdə təşkil etdiyi şam yeməyinə geyindiyi paltarın qiymətidir.
  • $25 277 – bu, şahzadə Corcun Coanna və Devid Tomas məktəbində təhsil almasına çəkilən xərcdir.
  • 23 578 – bu, London Qülləsində kral reqaliyası kimi nümayiş olunan qiymətli daşların sayıdır.
  • $7500 – bu, 2014-cü ilin dekabrında “Julien’s” hərracında şahzadə Uilyam və Keyt Midltonun toyundakı tortun bir diliminin qiymətidir. Qeyd edək ki, ümumilikdə tortun hündürlüyü 2.7 metr, çəkisi isə 226 kilo olmuşdur.
  • $3900 – bu, 1935-ci ildə şahzadə Elizabetə məxsus olan və 2018-ci ilin dekabrında satılan kuklanın qiymətidir.
  • 1306 – bu, 1944-cü ildə olan məlumata görə, Birləşmiş Krallıqda qeydə alınmış korqi itlərinin sayıdır. Şahzadə Elizabetin 18 yaşı olanda ad günündə hədiyyə olaraq bu cinsdən it alıb.
  • 800 – bu, kral sarayında təchizatçı statusuna malik olan şirkətlərin sayıdır. “Brand Finance”a görə, bu status şirkətə ümumi gəlirin 5%-ə qədərini qazandıra bilər.

756076864758549

II Elizabet sentyabrın 8-də günortadan sonra kral ailəsinin Şotlandiyadakı iqamətgahında – Belmoral qəsrində vəfat edib. Onun 96 yaşı olub. Bu il Böyük Britaniya kraliçanın hakimiyyətinin 70-ci ildönümünü qeyd edib. Sentyabrın 13-də II Elizabetin cəsədi Bukinhem sarayına çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər