19 C
Baku
Friday, October 7, 2022

Şarj məntəqələrindən 3 il pulsuz istifadə edə biləcəklər

“Porsche” şirkətinin ilk elektrik avtomobili “Porsche Taycan”ın sahibləri ABŞ ərazisində yerləşən “Electrify America” şarj məntəqələrindən 3 il pulsuz istifadə edə biləcəklər.

Banker.az məlumat üçün bildirir ki, bununla əlaqədar avtomobil istehsalçısı “Electrify America” ilə müvafiq saziş imzalayıb.

Bundan əlavə “Porsche” nin dillerləri ABŞ-da öz tez şarjetmə məntəqələri quraşdıracaqlar, avtomobil sahiblərinə isə ev üçün nəzərdə tutulan şarj avadanlıqları da təklif olunacaq.

Qeyd olunur ki, cəmi 4 dəqiqəlik şarjdan avtomobillər 100 km yol qət edə biləcəklər. Cari ilin 1 iyuluna kimi 2000 şarj avadanlığı olan 484 bu tipli məntəqə yaradılacaq.

©finans.az

Son xəbərlər
Oxşar xəbərlər