“Porsche” şirkətinin ilk elektrik avtomobili “Porsche Taycan”ın sahibləri ABŞ ərazisində yerləşən “Electrify America” şarj məntəqələrindən 3 il pulsuz istifadə edə biləcəklər.
Banker.az məlumat üçün bildirir ki, bununla əlaqədar avtomobil istehsalçısı “Electrify America” ilə müvafiq saziş imzalayıb.
Bundan əlavə “Porsche” nin dillerləri ABŞ-da öz tez şarjetmə məntəqələri quraşdıracaqlar, avtomobil sahiblərinə isə ev üçün nəzərdə tutulan şarj avadanlıqları da təklif olunacaq.
Qeyd olunur ki, cəmi 4 dəqiqəlik şarjdan avtomobillər 100 km yol qət edə biləcəklər. Cari ilin 1 iyuluna kimi 2000 şarj avadanlığı olan 484 bu tipli məntəqə yaradılacaq.
©finans.az