8 C
Baku
Sunday, November 17, 2024

“Şarl de Qoll” hava limanı iyunun 9-na olan uçuşların bir hissəsini ləğv edib

Parisin “Şarl de Qoll” hava limanı işçi heyətinin tətili səbəbindən iyunun 9-u saat 07-dən 14-dək olan uçuşların təxminən dördə birini ləğv edib.

Bu barədə “Le Figaro” məlumat yayıb.

Tətilçilər əmək haqlarının artırılmasını tələb edirlər. Hava limanı əməkdaşlarının daxil olduğu 7 Həmkarlar İttifaqı əmək haqlarının təxminən aylıq 300 avro artırılmasını tələb edir.

Tətil səbəbindən “Air France” aviaşirkəti yaxın və orta məsafəli 85 reysini ləğv edib.

 

 

Son xəbərlər
Digər xəbərlər