Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi sanksiyalar kənd təsərrüfatı və ərzaq məhsullarını hədəf almır.
Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel ASEAN Qlobal Dialoqda çıxışı zamanı deyib. Həmçinin Rusiyadan gübrə ixracına sanksiya tətbiq olunmadığı bildirilib.
Qeyd olunub ki, Rusiya isə öz ərzaq məhsullarının ixracına məhdudiyyətlər qoyub: “Müharibəyə başlamazdan əvvəl də gübrələrlə bağlı onlar məhdudiyyətlər qoymuşdular”.