2 C
Baku
Saturday, December 14, 2024

Şarl Mişel: “Azərbaycan və Ermənistan arasında dialoqa ehtiyac var”

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Ş.Mişel tviter hesabında yazıb.

O bildirib ki, söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, tərəflər arasında etimadın yaradılmasına və dialoqa ehtiyac var.

Ş.Mişel Aİ-nin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə dəstək də ifadə edib.

Tərəflər həmçinin Əfqanıstandakı vəziyyəti də nəzərdən keçiriblər.

Son xəbərlər
Digər xəbərlər