12 C
Baku
Wednesday, December 11, 2024

Şarl Mişel BMT Təhlükəsizlik Şurasında dəyişikliklərə çağırıb

“BMT Təhlükəsizlik Şurasının daimi üzvü səbəbsiz və əsassız müharibəyə, BMT Baş Assambleyası tərəfindən pislənən müharibəyə başladıqda onun Təhlükəsizlik Şurasından çıxarılması avtomatik olmalıdır”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Ş.Mişel əlavə edib ki, vetodan istifadə istisna olmalıdır, lakin indi bu, qaydaya çevrilib. Onun fikrincə, bunu dəyişdirmək lazımdır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – Çin, ABŞ, Fransa, Böyük Britaniya və Rusiyanın üzv dövlətlər üçün icrası məcburi olan qətnamələrə veto qoymaq hüququ var.

 

 

Son xəbərlər
Digər xəbərlər