10 C
Baku
Wednesday, November 27, 2024

Şarl Mişel Kiyevdə Zelenski ilə görüşüb

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bu barədə Ukrayna prezidenti “Twitter”də bildirib.

Görüş Aİ liderinin Kiyevə səfəri çərçivəsində baş tutub.

“Dəyərli dostum Şarl Mişel bu gün Kiyevdədir. Rusiyaya qarşı sanksiyalar, ölkəmizə müdafiə və maliyyə dəstəyi, Aİ meyarlarına uyğunluqla bağlı sorğunun cavabları müzakirə edilib. Mənalı görüşə və Ukrayna xalq ilə həmrəyliyə görə təşəkkür edirəm”, – Zelenski qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər