Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 1-də Çinə səfər edəcək.
Bu barədə qurum məlumat yayıb.
Ş.Mişel Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
Bildirilib ki, bu səfər həm Çin, həm də Aİ üçün fürsətdir.
Avropa İttifaqı və Çin liderləri qlobal çağırışları, eləcə də ümumi maraq doğuran mövzuları müzakirə edəcəklər.