15 C
Baku
Şənbə, May 28, 2022

Şarl Mişel: “Ukraynada bərpa işlərinə böyük sərmayə qoyulacaq”

“Ukraynada müharibə başa çatandan sonra başlanacaq bərpa işlərinə külli miqdarda sərmayə qoyulacaq”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Patrlamentində çıxışı zamanı bildirib.

“Ukraynaya həm siyasi, həm maliyyə, həm də humanitar baxımdan dəstəyimizi davam etdirəcəyik. Ukrayna üçün trast fondu yaratmaqla bağlı razılıq əldə olunub. Bununla da yaxın gələcəkdə həmin ölkəyə yardım göstərmək, uzun müddətdə isə iqtisadiyyatı, infrastrukturu bərpa etmək üçün böyük miqdarda sərmayə qoymaq mümkün olacaq”, – o deyib.

Ş.Mişel bununla yanaşı, Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini diqqətə çatdırıb: “Avropa İttifaqının həmrəy və təəssübkeş olması, bu müharibəyə son qoyulması Ukraynanın bərpasına kömək üçün bir töhfədir”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər