12 C
Baku
Saturday, November 16, 2024

Şarl Mişel Volodimir Zelenski ilə görüşüb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Bunu Ukraynanın dövlət başçısı teleqramda yazıb.

O, Ş.Mişelle səmərəli müzakirə apardığını bildirib: “Bizim əlaqələrimizin güclənməsi istiqamətində mühüm nəticələr əldə edilib. Biz daha böyük uğurlara nail olmaq üçün çalışırıq”.

Qeyd edək ki, Ş.Mişel Kiyevdə səfərdədir. O, hərbi hosbitala da baş çəkib, yaralı əsgərlərlə görüşüb.

Xatırladaq ki, Ş.Mişel bu yaxınlarda Aİ ölkələrini Ukraynaya tanklar verməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər