Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Qazaxıstan və Özbəkistana səfər edəcəyini bildirib.
Şarl Mişel bu haqda tviter hesabında yazıb.
O, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 26-27-də Astanada olacağını, oktyabrın 28-də isə Prezident Şavkat Mirziyoyevlə danışıqlar aparmaq üçün Özbəkistana gedəcəyini qeyd edib.