15 C
Baku
Thursday, November 6, 2025

Şatdaun ABŞ-yə həftədə milyardlarla dollara başa gəlir

Rekord müddətə davam edən “şatdaun” səbəbindən ABŞ hər həftə 10 milyard dollardan 30 milyard dollara qədər itirir. Bu barədə iqtisadçıların hesablamalarına istinadən “Bloomberg”  məlumat yayıb.

Şatdaun — ABŞ Konqresinin dövlət qurumlarının maliyyələşdirilməsi barədə razılığa gələ bilməməsi nəticəsində bəzi hökumət idarələrinin fəaliyyətinin dayandırılması deməkdir. Bu vəziyyət artıq 36 gündür davam edir və ABŞ tarixində ən uzunmüddətli sayılır.

“Əgər şatdaun bu il 27 noyabrda qeyd olunacaq Şükranlıq Günündən sonra davam edərsə və istehlakçıların inamına, eləcə də onların xərclərinə təsir göstərərsə, iqtisadi zərər daha da artacaq. Bu, Milad alış-veriş mövsümü kimi ən mühüm dövrdə baş verə bilər”, — deyə “Moody’s Analytics”in baş analitiki Mark Zandi bildirib.

Son xəbərlər
Digər xəbərlər