4 C
Baku
Bazar, Yanvar 16, 2022

Satıcı işlədiyi mağazadan 63 000 manat oğurlayıb

Salyan rayon sakini İslam Ağayev Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək müxtəlif vaxtlarda ona məxsus inşaat materialları mağazasından pulunun oğurlanması və ümumilikdə ona 63 000 manat maddi ziyan dəyməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən, əvvəllər zərərçəkmişə məxsus mağazada işləyən rayonun Arbatan kənd sakini Ruslan Mustafayev saxlanılıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər