Keyfiyyətə nəzarət üzrə mühəndis (un məmulatları)
Namizədə aid tələblər:
• Ali təhsilli olmalı (Qida məhsulları mühəndisliyi);
• Müvafiq sahədə 3 illik iş təcrübəsi olmalı;
• BRC və İSO 22000 keyfiyyət standartları barədə sertifikatı olması üstünlükdür;
• Rus və inglis dili biliyinin olması üstünlükdür.
İş haqqında məlumat:
• İstehsal edilən un məmulatlarının keyfiyyət standartlarına uyğun olmasını yoxlamaq;
• Qida təhlükəsizliyi ilə bağlı prosesi idarə etmək və icrasına nəzarət etmək;
• Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil etmək;
• Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirmək;
• Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etmək;
• Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etmək;
• İstehsalat işçilərinə gigiyena, sanitariya və qida təhlükəsizliyi barədə mütəmadi olaraq məlumatlandırmaq, təlimlər təşkil etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 07.10.2017-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə nəzarət üzrə mühəndis (un məmulatları)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.comsaytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.