14 C
Baku
Thursday, March 28, 2024

Satış departamenti, Fərdi sığorta şöbəsinin mütəxəssisi – PASHA Life

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Satış departamenti, Fərdi sığorta şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  26 avqust 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Müştərilərlə görüşləri təyin etmək, zəng və elektron poçt vasitəsilə əlaqə saxlamaq;
3. Müştərilərə sığorta məhsulunun tam izah edilib sığorta haqqının cəlb edilməsini təmin etmək;
4. Müştərilər tərəfindən daxil olmuş sığorta xidməti ilə əlaqəli sorğulara cavab verilməsini təmin etmək;
5. Ofisdən kənar sığorta məhsullarının satışının həyata keçirilməsini təmin etmək;
6. Yeni potensial müştəriləri cəlb etmək, cəlb edilən müştərilərin məlumatlarını  İT bazada yerləşdirmək;
7. Müştərilərin sorğusuna əsasən və ya vaxtının bitməsinə az qalmış sığorta şəhadətnamələrinin yenilənməsini təmin etmək;
8. Satışdan sonra xidmətin həyata keçirilməsini təmin etmək;
9. Müştərilərin iddia və təkliflərini araşdırmaq, lazım gələrsə digər şöbələrlə müzakirə etmək;
10. Mövcud müştərilərlə mütəmadi olaraq görüşlər keçirmək, yeni təkliflər vermək;
11. Sığorta hadisələri zamanı ödənişin operativ həyata keçirilməsi üçün tələb olunan sənədlərin vaxtında yığılmasını təmin etmək;
12. Debitorun ödənilməsinin və nüsxələrin yığılmasını təmin etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil, iqtisadi təhsil ixtisaslarına üstünlük verilir;
Dil bilikləri : Rus dilini əla səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər : Riyazi biliklər, müştəri ilə ünsiyyət bacarığı;
Fərdi keyfiyyət tələbləri : Etibarlılıq və Şirkətə sədaqətlilik, müştəri yönümlülük, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası :

CV-lər “Fərdi sığorta – mütəxəssis” mövzusu ilə [email protected]  ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər