Satış Departamentinin Assistenti (Müvəqqəti) – Nar

Satış Departamentinin Assistenti (Müvəqqəti)

Vakansiya haqqında

İdarə : Satış
İş qrafiki : Standart
İş müddəti : Müvəqqəti
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 06.12.2017

Sizin əsas vəzifə öhdəlikləriniz

* Satış Departamentinə və Satış üzrə Baş Müdirə müvafiq inzibati dəstəyin göstərilməsi
* Satış üzrə Baş Müdirin iclas təqviminin idarə edilməsi, müvafiq iclasların təşkili və görüşlərin təyin olunması
* Sənədlərin idarə olunması və arxivləşdirilməsi
* Təqdimat və hesabatların hazırlamasına dəstək verilməsi
* Toplantı qeydlərinin aparılması və müvafiq olaraq yönləndirilməsi
* Müvafiq sənədlərin tərcüməsinin təmin edilməsi
* Digər departamentlərlə əməkdaşlıq etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil
* Müvafiq sahədə 2-3 il iş təcrübəsi (İnzibati sahədə təcrübəyə üstünlük verilir)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Bütövlük
* Müştəri yönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticə yönümlü
* Davamlı  təkmilləşmə
* Ünsiyyət qurma bacarığı
* Detallara diqqət yetirmə qabiliyyəti
* İntensiv informasiya axını ilə işləmə  bacarığı
* Diqqətli və məsuliyyətli
* Tələb olunduğu zaman qeyri-iş saatlarında işləyə bilmək
* Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək
* MS Office proqramlarını yaxşı bilmək

Müraciət etmək üçün

CV-nizi hr@azerfon.az e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda  ‘’Satış Departamentinin Assistenti (Müvəqqəti)’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər