Ümumi məlumat
Kapital Bank namizədləri Satış Kanalları Departamentinin Alternativ Satış Kanalları Şöbəsinin Satış üzrə Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Kapital Bankın alış veriş mərkəzlərində qurulmuş stendlərinə müraciət edən müştərilərə bank məhsulları haqqında məlumat vermək;
- Alış veriş mərkəzlərində olan müştərilərə müraciət edərək bankın məhsulları barədə məlumat vermək və məhsula qarşı maraq yaratmaq;
- Bank məhsullarını əldə etmək istəyən müştəriləri bankın yaxın filiallarına yönləndirmək;
- Gündəlik fəaliyyət barədə iş gününün sonunda hesabat təqdim etmək.
Tələblər
- Orta ixtisas təhsili (Ali təhsil arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
- Fərdi və komanda tərkibində iləmək qabiliyyəti;
- Məsuliyyətlilik, dəqiqlik və təzyiqə davamlılıq;
- Azərbaycan və Rus dillərini əla səviyyədə bilmək.