Ümumi məlumat
Kapital Bank namizədləri Satış Kanalları Departamentinin Call Centre Şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Məlumat mərkəzinə daxil olan zəngləri cavablandırmaq;
- Müştərilərə zəng edərək cari kampaniyalar haqqında məlumat vermək;
- Müştəri müraciətlərinə əsasən ödəniş kartları ilə bağlı əməliyyatları aparmaq.
Tələblər
- Ali təhsil;
- Yüksək ünsiyyətqurma bacarığı;
- Dəqiqlik və operativlik;
- Təzyiq altında işləmə qabiliyyəti;
- Fərdi və komanda tərkibində işləmə bacarığı;
- Əla səviyyədə Azərbaycan və Rus dillərini bilmək;
- MS Office bilikləri.